"Qarabağ"ın direktoru Emrah Çelikel açıqlama verib.
Klub rəsmisi komandanın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnovun “RB Sport”a verdiyi qalmaqallı müsahibəsinə aydınlıq gətirib.
"İlk öncə onu deyim ki, bu günə qədər "Qarabağ"ın hansısa futbolçu ilə maaş problemi olmayıb. Bunu futbolçular da, agentlər də təsdiqləyə bilərlər. Lunyovla bağlı isə ilk olaraq onu deyim ki, futbolçunun gələn yaya kimi "Qarabağ"la müqaviləsi var. Onunla anlaşma 1+1 şərti ilə imzalanıb. Müqaviləyə hansısa dəyişikliyin edilib-edilməməsi də klubun səlahiyyətində olan məsələdir.
Menecerin müsahibəsində klubdan şikayətlənməsinə gəlincə, biz onunla danışdıq. Bildirdi ki, ortada anlaşılmazlıq olub. Çünki "Qarabağ"ın Lunyovla hər hansı danışığı olmayıb. Ola bilər ki, futbolçunun "Qarabağ"a keçidində vasitəçi olanlarla onun meneceri arasında hər hansı narahatlıqlar olsun. Biz bunda tərəf deyilik. Hazırda qapıçı ilə müqaviləmiz var. Hər hansı rəsmi danışığımız da olmayıb" (sportinfo.az).
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı