Messi Yay Olimpiya Oyunlarında iştirak edə bilər

Messi Yay Olimpiya Oyunlarında iştirak edə bilər
DÜNYA FUTBOLU 5 Aprel 2024 / 15:16 1123
-  A +

"İnter Mayami"nin və Argentina millisinin futbolçusu Lionel Messi 2024-cü il Yay Olimpiya Oyunlarında iştirak edə bilər.

QOL.az “Marca”ya istinadən xəbər verir ki, Argentinanın U-23 yığmasının baş məşqçisi Xavyer Maskerano Lionel Messi ilə yanaşı, “Aston Villa”nın qapıçısı Emiliano Martinez və “Benfika”nın müdafiəçisi Nikolas Otamendini də Olimpiya oyunları üçün yığmaya dəvət edəcək.

Xəbərdə qeyd olunub ki, MLS matçlarının yay aylarında da keçirilməsinə görə Messinin Olimpiadada iştirakla bağlı çətinliyi ola bilər. Ancaq 36 yaşlı hücumçunun Maskeranonun təklifindən imtina etmədiyi də bildirilib.

Xatırladaq ki, Paris Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


Son xəbərlər