İngiltərə Premyer Liqasında 31-ci turun oyunları davam edir.
QOL.az xəbər verir ki, “Çelsi” öz meydanında “Mançester Yunayted”i qəbul edib.
7 qolun vurulduğu görüşdə “Çelsi” inanılmaz qələbə qazanıb. 90+10-cu dəqiqədə bərabərlik qolunu vuran London təmsilçisi bir dəqiqə sonra yenidən fərqlənməklə 3 xal qazanıb.
“Çelsi” - “Manester Yunayted” - 4:3
Qollar: Konor Qallager, 4 (1:0), Kol Palmer, 19-pen. (2:0), Alejandro Garnacho, 34 (2:1), Bruno Fernandeş, 39 (2:2), Alejandro Garnacho, 67 (2:3), Kol Palmer, 90+10 (3:3), 90+11 (4:3)
Bu qələbədən sonra xallarının sayını 43-ə çatdıran “Çelsi” 10-cu pilləyə yüksəlib. Əvvəlki kimi 48 xalda qalan “Mançester Yunayted” isə altıncı pillədə qərarlaşıb.
Turnir cədvəlinə 70 xalla “Liverpul” başçılıq edir. “Arsenal” 68 xalla ikinci, “Mançester Siti” isə 67 xalla üçüncüdür.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək