"Liverpul"un müdafiəçisi Vircil van Deyk Yurgen Klopp haqda danışıb.
QOL.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bu mövsümün sonunda klubdan ayrılacaq mütəxəssislə bağlı deyib: “Mən emosional insanam, vidalaşmağı sevmirəm. Kloppun gedişi dəhşətli olacaq! Kapitan kimi yəqin ki, nəsə deməliyəm, o gündən qorxuram. Əgər uğur qazansaq, bu, bir az işimizi asanlaşdıracaq. Bu, bizim məqsədimizdir”.
Klopp yanvar ayında bu mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlamışdı. 56 yaşlı mütəxəssis 2015-ci ildən komandanı çalışır.
29 oyundan sonra "Liverpul" 67 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir və 2-ci yerdə qərarlaşan "Arsenal"ı 2 xal qabaqlayır.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək