Lionel Messinin də formasını geyindiyi "İnter Mayami" KONKAKAF Çempionlar Kubokunda 1/4 final mərhələsinin ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda "Monterrey"lə qarşılaşıb. Oyun Amerikanın Fort Lauderdeyl şəhərindəki "Çeyz" stadionunda keçirilib. “İnter Mayami” öz meydanında Meksika təmsilçisinə 1:2 hesabı ilə uduzub.
19-cu dəqiqədə "İnter Mayami"nin argentinalı müdafiəçisi Tomas Avileş hesabı açıb. 65-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi David Ruiz ikinci sarı vərəqə alaraq meydandan qovulub. Matçın 69-cu dəqiqəsində qonaqların argentinalı yarımmüdafiəçisi Maksimiliano Mesa hesabı bərabərləşdirib. 89-cu dəqiqədə Mesanın ötürməsindən qələbə qolunu digər argentinalı yarımmüdafiəçi Xorxe Rodriqes vurub.
Messi zədədən yeni qayıtdığı üçün bu oyunda iştirak etməyib.
Bu komandalar arasında cavab matçı aprelin 11-də keçiriləcək.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək