Ronaldodan ardıcıl 2-ci het-trik

Ronaldodan ardıcıl 2-ci het-trik
DÜNYA FUTBOLU 3 Aprel 2024 / 01:16 3423
-  A +

"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasının 26-cı turunda səfərdə "Əbha" ilə qarşılaşıb.

QOL.az xəbər verir ki, matç qonaq komandanın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Kriştiano Ronaldo sözügedən görüşdə het-trik edib, eyni zamanda qol ötürməsi verib. Ronaldo bundan əvvəlki turda "Əl-Tai" ilə görüşdə də 3 qol vurmuşdu.

"Abha" - "Əl-Nəsr" - 0:8
Qollar:
Ronaldo, 11, 21, 42, Mane, 33, Al-Sulayhim, 44, Qarib, 51, Al-Elevay, 63, 86

Bu qələbədən sonra “Əl-Nəsr” 62 xalla 2-ci pillədə qərarlaşıb. “Abha” 22 xalla 17-ci yerdədir.
 


Son xəbərlər
26.07.24  15:09

"Napoli"dən "Everton"a