"İnter" ÇL-ə vəsiqə qazandı

"İnter" ÇL-ə vəsiqə qazandı
DÜNYA FUTBOLU 2 Aprel 2024 / 13:26 1857
-  A +

"İnter" növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni təmin edib.

QOL.az xəbər verir ki, komanda A seriyasının 30-cu turunda "Empoli"yə 2:0 hesabı ilə qalib gələrək buna nail olub. Hazırda 79 xalla lider olan "İnter" çempionatın qalan matçlarının hamısında uduzsa belə, 4-cü pillədən aşağı düşməyəcək.

Beləliklə, "İnter" Avropanın ən yaxşı 5 liqasında "Bayer"dən sonra gələn mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanan ikinci komanda olub.
 


Son xəbərlər
26.07.24  15:09

"Napoli"dən "Everton"a