"Mançester Siti" azarkeşləri klub rəhbərliyinə etiraz etdi

"Mançester Siti" azarkeşləri klub rəhbərliyinə etiraz etdi
XƏBƏR 2 Aprel 2024 / 10:54 1824
-  A +

"Mançester Siti"nin azarkeşləri İngiltərə Premyer Liqasının 30-cu turunda "Arsenal"la matçda (0:0) klub rəhbərliyinə etiraz ediblər.

QOL.az xəbər verir ki, buna səbəb komandanın ev oyunları üçün nəzərdə tutulan biletlərin qiymətlərinin artmasıdır. 

Ötən mövsüm klub tarixində rekord məbləğdə gəlir əldə edib. "Şəhərlilər" ardıcıl uğurlardan sonra azarkeş marağının daha da artması səbəbi ilə bilet qiymətlərini yüksəldiblər. Azarkeşlər isə bu səbəbdən "Arsenal"la görüşdə protesto ediblər. 

Onların açdığı pankartlarda yazılıb: "Rekord qazanc, amma rekord qiymətlər. Sədaqətimizdən faydalanmağı dayandırın". 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner