"Liverpul"dan vacib qələbə

"Liverpul"dan vacib qələbə
DÜNYA FUTBOLU 31 Mart 2024 / 18:58 2579
-  A +

İngiltərə Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün "Liverpul" öz meydanında "Brayton"la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

"Liverpul" - "Brayton" - 2:1

Qollar: Uelbek, 2 (0:1), Dias, 27 (1:1), Salah, 65 (2:1)

Bu nəticə ilə xallarını 67-ə çatdıran "Liverpul" liderliyə yüksəlib. "Arsenal" 64 xalla 2-cidir. "Topçular" bu gün 3-cü pillədə qərarlaşan "Mançester Siti" ilə qarşılaşacaq. Turun maraqla gözlənilən mərkəzi matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner