Hummelsdən yeni rekord

Hummelsdən yeni rekord
DÜNYA FUTBOLU 31 Mart 2024 / 15:42 1658
-  A +

Dortmund "Borussiya"sının futbolçusu Mats Hummels yeni rekorda imza atıb.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, o, "Bavariya" və "Borussiya" arasında keçirilən matçlarda ən çox meydana çıxan oyunçu olub. 35 yaşlı müdafiəçi son olaraq dünən Bundesliqanın 27-ci turunda sözügedən komandar arasındakı görüşdə iştirak edib. Bu, onun "Bavariya" və "Borrusiya" arasındakı qarşılaşmalarda oynadığı 29-cu görüşü olub. Beləliklə, Hummels Mixael Zorku (28 oyun) geridə qoyub.

Qeyd edək ki, "Bavariya" - "Borussiya" görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
03.06.26  16:24

UFC turniri Ağ Evdə!

topaz banner