Xabi Alonso: "Bu, bizim vizit kartımızdır"

Xabi Alonso: "Bu, bizim vizit kartımızdır"
DÜNYA FUTBOLU 31 Mart 2024 / 14:15 3470
-  A +

"Bayer"in baş məşqçisi Xabi Alonso Bundesliqanın 27-ci turunda "Hoffenhaym" üzərində çətin qələbədən (2:1) fikirlərini bildirib.

QOL.az klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis deyib:

"Bizim üçün çox çətin və gərgin oyun oldu. İlk hissədə müəyyən mərhələlərə nəzarət etməkdə bəzi problemlər yaşadıq.  Biz həmişə sona qədər mübarizə aparırıq. Bu, bizim vizit kartımızdır, fərqləndirici xüsusiyyətimizdir. Mən komandamla çox fəxr edirəm".

Qeyd edək ki, "Bayer" 73 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Komanda 2-ci yerdəki "Bavariya"nı 13 xal qabaqlayır. Leverkuzen təmsilçisi Bundesliqada qalan 7 oyundan 3-də qələbə qazanacağı təqdirdə, çempion olacaq.

Daha çox


Son xəbərlər
topaz banner