Ronaldodan het-trik

Ronaldodan het-trik
DÜNYA FUTBOLU 31 Mart 2024 / 10:12 3232
-  A +

Səudiyyə Ərəbistanı Pro Liqasının 25-ci turunda "Əl-Nəsr"  "Əl-Tai"ni qəbul edib.

QOL.az xəbər verir ki,  Ər-Riyad şəhərindəki “Əl Avval Park” stadionunda keçirilən görüşdə meydan sahibləri 5:1 hesabı ilə qalib gəliblər. 39 yaşlı hücumçu Kriştiano Ronaldo sözügedən matçda het-trik edib. Bu, onun çempionatda bu mövsüm vurduğu 26-cı qol olub.

"Əl-Nəsr" - "Əl-Tai" - 5:1
Qollar:
Otavio, 20, Misidyan, 22 (1:1), Qarib, 45+7 (2:1), Ronaldo, 65 (3:1), 67 (4:1), 87 (5:1)
Qırmızı vərəqə: Misidyan, 36 ("Əl-Tai")

Bu qələbədən sonra “Əl-Nəsr” 59 xalla 2-ci pillədə qərarlaşıb. "Əl-Tai" 22 xalla 16-cı yerdədir.

Daha çox


Son xəbərlər
topaz banner