“Bayer” əzmkar qələbə qazanıb, möhtəşəm seriyanı davam etdirdi

“Bayer” əzmkar qələbə qazanıb, möhtəşəm seriyanı davam etdirdi
DÜNYA FUTBOLU 30 Mart 2024 / 20:27 4557
-  A +

"Bayer" Bundesliqada 27-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Hoffenhaym"ı qəbul edib. Görüşdə hesabı qonaq komanda açsa da, meydan sahibləri 88 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla 2:1 hesabı ilə qalib gəlib. 

"Bayer" - "Hoffenhaym" - 2:1
Qollar:
Beyer, 33 (0:1), Andriç, 88 (1:1), Şik, 90+1 (2:1)

Beləliklə, Xavi Alonsonun baş məşqçisi olduğu komanda bu mövsüm bütün turnirlərdə məğlub olmadığı matçların sayını 39-a çatdırıb.

"Bayer" 73 xalla (27 oyun) turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb, "Hoffenhaym" 33 xalla (27 oyun) 9-cudur. "Bavariya" 60 xalla (26 oyun) 2-ci, "Ştutqart" 56 xalla (26 oyun) 3-cüdür.

Daha çox


Son xəbərlər
topaz banner