Ozan Canın komandası uduzdu

Ozan Canın komandası uduzdu
DÜNYA FUTBOLU 30 Mart 2024 / 10:40 796
-  A +

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland birinci divizionunda 32-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda evdə “Kambur”la qarşılaşıb. Görüşdə "Eyndhoven" 0:3 hesabı ilə uduzub.

Ozan da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Kökçü 45+4-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Eyndhoven” hazırda 38 xalla 14-cü pillədə qərarlaşır.

"Eyndhoven" - “Kambur” - 0:3

Qollar: Smit, 26, Balk, 42, Van Kaam, 72

Daha çox


Son xəbərlər
topaz banner