"Napoli" Xviça ilə yeni müqavilə imzalayır

"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
DÜNYA FUTBOLU 28 Mart 2024 / 15:57 1685
-  A +

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya yaxın vaxtlarda komanda ilə yeni müqavilə imzalamağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. Gürcüstanlı yarımmüdafiəçinin İtaliya klubu ilə yeni müqaviləsi 2029-cu ilin yayına kimi qüvvədə olacaq. Hazırkı müqavilə 2027-ci ilin iyununda başa çatır.

Bu mövsüm Xviça komandanın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub və 5 qolun ötürməsini verib.


Son xəbərlər