"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”

"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
DÜNYA FUTBOLU 28 Mart 2024 / 14:51 3589
-  A +

Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu Lotar Matteus "Bayer"in bu mövsümkü çıxışı haqda fikirlərini bildirib. 

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, bu komandanın oyununu izləməyin maraqlı olduğunu etiraf edib: “Mənə Messi, İnyesta və Xavinin olduğu Barselona”nı xatırladırlar. Mənim üçün "Bayer" hazırda dünyanın ən güclü komandasıdır”.

"Bayer" bu mövsüm Almaniya çempionatında ikinci yerdə olan "Bavariya"nı 10 xal qabaqlayır. Leverkuzen təmsilçisi Avropa Liqasının 1/8 finalında "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.


Son xəbərlər