"Çelsi"nin 62 milyon avroluq transferi üçün bu mövsüm erkən başa çatdı

"Çelsi"nin 62 milyon avroluq transferi üçün bu mövsüm erkən başa çatdı
DÜNYA FUTBOLU 27 Mart 2024 / 20:30 2114
-  A +

"Çelsi"nin futbolçusu  Romeo Laviya bu mövsüm erkən başa çatıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi yenidən zədələnib. Bildirilib ki, ötən ilin dekabrında sıradan çıxan oyunçu bərpa müddətində yenə zədə alıb. Laviyanın bu mövsüm oynamayacağı vurğulanıb.

Qeyd edək ki, bu mövsüm belçikalı futbolçu bir matçda iştirak edib və cəmi 32 dəqiqə meydanda olub.

Xatırladaq ki, London təmsilçisi Laviyanı ötən ilin avqustunda "Sauthempton"dan 62 milyon avroya alıb.


Son xəbərlər