"Barselona"nın apellyasiya şikayəti rədd edildi

"Barselona"nın apellyasiya şikayəti rədd edildi
DÜNYA FUTBOLU 27 Mart 2024 / 19:57 1464
-  A +

 İspaniya Futbol Federasiyasının (RFEF) Apellyasiya Komitəsi "Barselona"nın baş məşqçisi Xavinin iki oyunluq diskvalifikasiyasını qüvvədə saxlamağa qərar verib.

QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Bildirilib ki, Kataloniya təmsilçisinin mütəxəssisin cəzası ilə bağlı apellyasiya şikayəti rədd edilib.

Bundan əvvəl Xavi martın 17-də "Atletiko" iə oyunda (3:0) davranışına görə La Liqada iki oyunluq cəzalandırılmışdı. İspaniya çempionatının 29-cu turunun matçında hakimlə mübahisə etdiyi üçün o, iki dəfə xəbərdarlıqdan sonra meydandan qovulub.


Son xəbərlər