"Qrupumuzun liderinə qarşı oynayırdıq. Hesabda geri düşməyimizə baxmayaraq, bizim də qol vurmaq üçün real imkanımız oldu".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycanın U-21 millisinin baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ukraynaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, Ukrayna futbolunun həmişə öndə olduğunu bildirib: "Bu ölkədə hər zaman güclü futbolçular yetişib. Aşağı yaş qruplarından ibarət yığma komandaları hər zaman Avropa çempionatlarında iştirak edib və edirlər. Əbəs yerə qrupda bütün oyunlarını qələbə ilə başa vurmayıblar və təsadüfi deyil ki, birinci pillədə qərarlaşıblar".
S.Əliyev İngiltərəyə 1:5 hesablı məğlubiyyətdən sonra komandasını bu oyuna motivasiya etməyin asan olmadığını qeyd edib: "Bu matça həm psixoloji, həm də fiziki olaraq hazırlaşmaq çox çətin oldu. Nəriman Axundzadə real qol imkanından istifadə edə bilmədi. Hesab 0:2 olanda isə futbolçular dərk edirdilər ki, geridönüş etmək çətin görünür. Bu vəziyyətdə Xəyal Əliyev və Rüfət Abbasov kimi daha gənc futbolçuları meydana buraxdıq ki, ən azından ab-havanı hiss etsinlər".
Millinin çalışdırıcısı heyətdə problemlərinin olduğunu da deyib: "Rəqibin futbolçuları Ukrayna Premyer Liqasında oynayırsa, kənardan nə qədər qışqırsaq da, çətindir. Bundan əlavə, bizdə Premyer Liqa təcrübəsi olan Veysəl Rzayev, Fərid Yusifli yox idi. Abdulla Rzayev 52 gündür məşq etmirdi, zədəli olub. Bir həftədir məşqlərə başlayıb. Ona şans verdik. Amma gördük ki, hələ hazır deyil. Bizim kimi komandalarda 3-4 nəfər olmayanda əziyyət çəkirik.
S.Əliyev futbolçularının Premyer Liqada şans qazanmamasından şikayət edib: "Baş məşqçi təyin olunandan sonra düşünürdüm ki, bu futbolçular Premyer Liqada oynayacaq. Çünki onların potensialını bilirik. Amma zaman keçdikcə görürük ki, heç kim oynamır. Ukrayna ilə ötən ilin noyabr ayında oynamışdıq. 4 ay fasilə olanda çətinlik çəkirik.
Mənim yerimdə kim olur-olsun, çətin məsələdir. Premyer Liqada oynayan 15 futbolçu olsa belə, Ukrayna, İngiltərəyə qarşı mübarizə aparmaq çox çətindir. Amma oyun təcrübəsi çox olan futbolçularımız olarsa, işimiz bir az rahatlaşar. Bu oyunlar göstərdi ki, Premyer Liqada, 1-ci liqada və əvəzedicilər liqasında oynayan futbolçular arasında fiziki hazırlığa görə fərq var. Premyer Liqada oynayan futbolçular daha hazırlıqlıdır. 1-ci liqada oynayanlar çatdırmır. Bu, bu günün problemi deyil".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var