AFFA-nın baş katibi Sərxan Hacıyev FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Azərbaycan millisinin Bolqarıstana qarşı keçirilən oyunundan sonra jurnalistlər üçün brifinq keçirib.
QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Ümumi olaraq “FİFA series - Edition 2024” turnirini necə dəyərləndirirsiniz?
- İlk dəfə idi ki, belə bir turnir keçirilirdi. Bildiyiniz kimi, bu, FİFA-nın yeni bir layihəsidir. Ali futbol qurumunun təşəbbüsü ilə müxtəlif qitələri əhatə edir. Avropada ilk dəfə Azərbaycan ev sahibi kimi seçildi. Qonaq komandalar arasında 3 fərqli qitəni təmsil edən komandalar dəvət olunmuşdur. Bu turnir futbolun inkişafına gətirib çıxara bilər. Çünki digər qitə komandaları ilə yoxlama görüşlərində tez-tez qarşılaşmaq mümkün olmur. Gələcəkdə də müxtəlif rəqiblərə qarşı oynamaq inkişafa gətirib çıxara bilər.
- Millimizin turnirdəki çıxışını qənaətbəxş hesab etmək olar?
- İlk oyunda millimiz pis oynamadı. Xeyli qol şansları var idi. Demək olar ki, 90 dəqiqə təkqapı oyun gedirdi. Sadəcə qol gəlmirdi. Sonda komandamız istəyinə çatdı və qələbə qazandı. Ümumi götürdükdə, yığmamız pis təsir bağışlamadı. Bugünkü matçda da komanda inamlı görünürdü. Həm birinci, həm ikinci hissədə müəyyən şanslarımız var idi. Onlardan yararla bilmirdik. Qapımızda qol gördük. Sonradan komanda hesabı bərabərləşdirməyə müvəffəq oldu. Vaxt qalmadı ki, ikinci qolu vuraq.
- Turnirin maliyyə xərclərini AFFA qarşıladı, yoxsa FİFA?
- Böyük ölçüdə xərclər FİFA tərəfindən qarşılandı. Çünki bu, onların layihəsidir. Hardasa 80 faiz xərclər FİFA tərəfindən qarşılandı.
- Monqolustanla oyun bizim milli komandaya nə qazandırdı?
- İstənilən rəqibə qarşı oyun öz faydasını verə bilər. İstər güclü rəqib, istər nisbətən zəif. Bu, daha çox texniki sahəyə aid olan sualdır. Şəxsi fikrimdir ki, gücündən asılı olmayaraq hər rəqibə qarşı oynamaq millimiz üçün vacibdir.
- Monqolustan və Bolqarıstanla oyunların nəticəsi Arif Əsədovun millidəki gələcək taleyinə təsir edə bilər?
- Bu barədə açıqlama verə bilmərik. Çünki baş məşqçi məsələsi ilə İşçi qrupu məşğul olur. Yalnız onu deyə bilərəm ki, axtarışlar davam edir. İşçi qrupunun üzvəri fikir mübadiləsi aparırlar.
- Hazırda danışıq apardığınız mütəxəssis var, yoxsa bütün suallara aprelin 2-də keçiriləcək AFFA-nın Hesabat-seçki konfransından sonra aydınlıq gələcək?
- Bu dəqiqə konkret ad olaraq, məşqçi olaraq heç kimlə danışıqlar aparılmır. İşçi qrupunun müzakirələrindən sonra baş məşqçi məsələsi ilə bağlı qərar qəbul olunacaq.
- “FİFA series - Edition 2024” çərçivəsindəki 2 oyuna görə komandaya mükafat veriləcək?
- Bəli, mükafat olacaq. Milli komandanın hər oyunu üçün mükafat nəzərdə tutulur. Bu 2 qarşılaşmaya görə də komanda standartlara uyğun mükafatlandırılacaq.
- Bəzən belə fikirlər səslənir ki, legioner həyatı yaşayan futbolçular millidə lazımınca can yandırmırlar. Bu fikrə münasibətiniz necədir?
- Yox, belə olduğunu düşünmürəm. Məncə, legioner həyatı yaşayan, yaxud yerli futbolçu olmasından asılı olmayaraq hər oyunçu yığmada can yandırır.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi