"Bolqarıstan millisinin yaxşı hücumçuları var. Çalışacağıq ki, öz oyunumuzu göstərib, qələbə qazanaq. Rəqibimiz yaxşı komandadır".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov “FIFA series - Edition 2024” layihəsi çərçivəsində sabah Bolqarıstanla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib. deyib.
E.Mahmudov milli komandada yerli və ya əcnəbi mütəxəssisin çalışmasının onun üçün fərqi olmadığını bildirib: "Mən yerli ilə də işləmişəm, xarici ilə də. Hamı ilə münasibətim yaxşı idi. Keçmiş məşqçilərə qarşı nəsə demək istəmərəm. İkisi də yaxşıdır".
O, Monqolustanla matçda qol epizodlarından istifadə edə bilmədikləri üçün tənqid edilmələrinin normal olduğunu qeyd edib: "Kim deyir ki, tənqidi qəbul etmirik? Biz hamımız tənqidləri qəbul edirik. Bunlar normal haldır".
E.Mahmudov qeyd edib ki, sabah yaxşı nəticə üçün hər şey edəcəklər: "Motivasiya sarıdan problem yoxdur. Heç vaxt olmayıb. Maksimumu edəcəyik ki, yaxşı oyun göstərək. Hər oyun vacibdir. Başa düşürük ki, Monqolustan kimi komandalara çox qol vurmalıyıq. Amma alınmadı. Sabahkı oyunda məndən də qol gözləyin. Amma asas komandanın qalib gəlməsidir".
E.Mahmudov Bolqarıstanla oyunda qol vuraraq milli tarixində yeni bombardir ola bilər: "Motivasiya həmişə olmalıdır. Rekordu qırmaq asan iş deyil. Bir qolum qalıb. Çalışacam ki, qolum xeyir versin. Bəzi matçlarda qol vursam da, komandaya xeyir verməyib".
Millinin yarımmüdafiəçidi Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer almış Qazaxıstan yığmasının final mərhələsinə çıxması haqda danışıb və "Biz nə vaxt bu addımı atacağıq" sualını cavablandırıb: "Bir az çətin sualdır. Azərbaycan futbolunda dərinə getməlisən ki, biləsən niyə onlarda alınır, bizdə yox. Biz Qazaxıstanı səfərdə də uda bilərdik. Daha yaxşı oyun göstərdik. Onlar qalib gələrək motivasiya ilə davam etdilər, qrupu yaxşı keçdilər. Biz o oyunu yaxşı oynasaydıq, yaxşı şanslarımız olardı. Amma deyə bilmərəm ki, Qazaxıstan bəxt sayəsində oralara gedib çıxdı. İşləyiblər, yaxşı oyun göstəriblər. Qazaxlar kimi eyni nəticənin bizdə də olmasına çalışacağıq. Amma bunun nə vaxt olacağını deyə bilmərəm. Çox istəyərdim ki, yaxın gələcəkdə olsun".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı