"Bizi ciddi rəqib gözləyir. Maraqlı oyun olacaq. Bu rəqib hardasa Millətlər Liqasında olan rəqiblərə bərabərdir. Yaxşı sınaq olacaq".
QOL.az xəbər verir ki, bu sözləri Azərbatcan millisinin məşqçisi Arif Əsədov “FIFA series - Edition 2024” layihəsi çərçivəsində sabah Bolqarıstanla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O, sabahkı oyunda həm oyun planında, həm heyətdə bəzi dəyişikliklər olacağını bildirib: "Komandada atmosfer yaxşıdır. Çalışacağıq ki, yenə də yaxşı oynayıb, qalib gələk. Rəqibi analiz etmişik. Futbolçulara rəqibin güclü-zəif tərəflərini başa saldıq. Monqolustanla oyunla indiki arasında fərq olacaq. Biz də taktiki sxemdə dəyişiklik edəcəyik. Monqolustanı ən çox birinci zonada qarşılayırdıq. Bolqarıstanla matçda oyunumuzu ikinci zonada quracağıq. Biz də çalışacağıq ki, öz oyunumuzu göstərək. Müsbət emosiyalarımız var. Ayın 18-dən bu yana futbolçularla birlikdəyik. Futbol fəlsəfəmi qısa müddətdə oyunçulara çatdırmağa çalışmışam. Düşünürəm ki, əgər alınsa, istədiyimizi edə biləcəyik".
A.Əsədov komandasının Monqolustanla matçda qapıya düşə bilməməsi ilə bağlı da danışıb: "Belə yanaşmağımızı istəməzdim. Bu tək bizim futbolçulara aid deyil. Tanınmış oyunçularda da belə olur. Hər oyunda da belə olur. Futbolçular hər epizoddan sonra heyfslənirdilər. Onlar da çox istəyirdilər. Sadəcə alınmırdı. Komandada inam var idi ki, qol vuracağıq".
A.Əsədov "Sizcə, sabah A millidə baş məşqçi kimi son matçınızdır" sualnı belə cavablandırıb: "Bu cür suallar çox verilir. Mən o barədə düşünmürəm. Millidəyəmsə, mən öz işimi görürəm və ona uyğun təcrübəmdən istifadə edirəm. Bu oyunlarda yaxşı nəticə əldə etmək istəyirəm. Mənim üçün vacib olan odur ki, yerli məşqçiləri təmsil edirəm. Çalışacam uğurlu nəticə olsun ki, kim gələcəksə, görsün ki, bizim də yaxşı yerli məşqçilərimiz var".
Monqolustanla oyunda gənc qapıçı Rza Cəfərova şans verən məşqçi sabah start heyətdə Şahruddin Məhəmmədəliyevin yer alacağını deyib: "Rəqib də başqa səviyyədədir. Rzadan istifadə etdik ki, gənc oyunçu qazanaq. Düşündüm ki, Monqolustanla matçda təzyiq olmayacaq və o, daha rahat olacaq. Yusif İmanovdan Avstirya, İsveçlə görüşlərdə istifadə etdik. Orada ab-hava başqa idi. Rzanın işi az oldu, amma millinin ab-havasını gördü".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı