Aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək.
QOL.az xəbər verir ki, seçkidə AFFA-ya yeni prezident və qurumun İcraiyyə Komitəsinə üzvlər seçiləcək. AFFA-nın bu gün açıqladığı siyahıda SOCAR-ın prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfin qurumun rəhbəri vəzifəsinə yeganə namizəd olduğu qeyd edilib.
Beləliklə, R.Nəcəf AFFA tarixində 4-cü prezident olacaq. Bundan başqa, qurumun İcraiyyə Komitəsində böyük dəyişiliklər olacaq.
Hazırkı İK üzvlərindən yalnız Elşad Nəsirov, Könül Mehdiyeva və Fərid Mansurov komitədə qalır.
Digər 10 üzv - Rövnəq Abdullayev, Elxan Məmmədov, İsgəndər Cavadov, Kazbek Tuayev, Rauf Əliyev, Vaqif Sadıqov, Zaur Axundov, Firudin Qurbanov, Mahir Məmmədov və Elmar Məmmədyarov yeni komitədə yer almayacaqlar.
Rəsmi açıqlanan siyahıya əsasən, İK-yə namizəd göstərilən 13 nəfərdən 10 nəfər komitəyə yeni üzv seçiləcək (alternativ namizədlər yoxdur).
Bunlar aşağıda adları qeyd edilən şəxslərdir:
Rövşən Nəcəf (Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən)
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən
Qeyd edək ki, yeni siyahıda adı qeyd edilən Zaur Axundov “Silk Way Holding” MMC-nin prezidenti, vaxtilə AZAL futbol klubunun rəhbərlərindən olub. O, AFFA İK-nin hazırkı üzvü və Futzal Federasiyasının prezidenti olan adaşı Zaur Axundovu əvəz edəcək.
Qurban Qurbanov isə ikinci dəfə İK-də təmsil olunacaq. Bundan başqa, AFFA-nın baş katibi Sərxan Hacıyev, İTV-nin baş direktoru və “Sabah” FK-nın Müşahidə Şurasının üzvü Balakişi Qasımov, “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov da namizədlər siyahısındadır.
Əlavə edək ki, ilk dəfə olaraq İcraiyyə Komitəsində 2 qadın da yer alacaq. Əgər əvvələr komitədə yalnız AFFA nümayəndəsi Könül Mehtiyeva təmsil olunurdusa, indi Leyla Xəlilova da komitə üzvü olacaq.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı