Ronaldo İsveçə qarşı oyun üçün millinin heyətinə daxil edilmədi

Ronaldo İsveçə qarşı oyun üçün millinin heyətinə daxil edilmədi
DÜNYA FUTBOLU 19 Mart 2024 / 09:00 2154
-  A +

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo İsveçlə yoldaşlıq görüşü üçün Portuqaliya millisinin heyətinə daxil edilməyib.

QOL.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının saytı məlumatt yayıb.  Qeyd olunur ki, 39 yaşlı hücumçu Sloveniya ilə yoldaşlıq görüşündən əvvəl Portuqaliya millisinə qoşulacaq.

Daha əvvəl Ronaldo İsveç və Sloveniya ilə yoldaşlıq oyunları üçün Portuqaliya millisinin təlim-məşq toplanışına çağırılmışdı.

Portuqaliya - İsveç oyunu martın 21-də keçiriləcək. Beş gün sonra Roberto Martinesin komandası Sloveniya ilə qarşılaşacaq.
 


Son xəbərlər