A seriyası klubu bu mövsüm 3-cü baş məşqçini istefaya göndərdi

A seriyası klubu bu mövsüm 3-cü baş məşqçini istefaya göndərdi
DÜNYA FUTBOLU 18 Mart 2024 / 21:30 2036
-  A +

Fabio Liverani "Salernitana"nın baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

QOL.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin saytı məlumat yayıb. 47 yaşlı mütəxəssis fevralın 11-dən komandanı çalışdırırdı. Bu, 2023/2024 mövsümü ərzində klubda 3-cü baş məşqçi istefasıdır. Bundan əvvəl Filippo İnzaqi və Paulo Sousa ilə yollar ayrılıb.

Bu mövsüm "Salernitana" A Seriyasında cəmi 2 qələbə qazanıb, 8 heç-heçə edib, 19 dəfə uduzub. Komanda 14 xalla çempionatda sonuncu-20-ci yerdədir.


Son xəbərlər