Linqardın yeni klubu rəsmiləşdi

Linqardın yeni klubu rəsmiləşdi
DÜNYA FUTBOLU 7 Fevral 2024 / 20:30 2822
-  A +

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Cessi Linqardın yeni klubu rəsmiləşib.

QL.az xəbər verir ki, o, Cənubi Koreya "Seul"una transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb.31 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.

2022/23 mövsümündə Linqard 2023-cü ilin yayında tərk etdiyi "Nottingem Forest"də çıxış edib. Həmin vaxtdan o,  klubsuz qalıb.

Daha çox


Son xəbərlər