“Oyunla bağlı danışılası çox şey yoxdur. Göstərdikləri performansa görə futbolçularıma təşəkkür edirəm. “Sabah” kimi komandaya qarşı əla futbol oynadılar. Yetərincə qol şanslarımız oldu. Son zamanlar top qapıdan keçmək istəmir. Səbirli olaq, daha çox çalışmalıyıq”
QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Penalti epizodu ilə bağlı fikriniz necədir?
- Hakim səhvləri məcbur edir ki, məşqçidən daha çox ekspertə çevrilirsən. Hər oyundan sonra hakimlərin səhvlərini müzakirə edirik. Penalti epizodundan öncə top açıq-aşkar “Sabah”ın futbolçusundan çıxmışdı. Belə götürəndə heç-heçə hakim üçün ən yaxşı nəticə idi. 4 dəqiqə artırmışdı. Həmin vaxt da artıq vaxt bitmişdi. Belədə oyunu niyə bitimir, niyə vaxtı uzadır?
- Çox gərgin görünürsünüz. Bu gün rahat yata biləcəksiniz?
- Artıq alışmışam, təəccüblənmirəm. “Qarabağ”la oyunumuzda rəqibin 2 qırmızı vərəqəsi verilmədi. Həmin epizodlar müzakirə olundu. VAR niyə susurdu? VAR-da kim oturmuşdu? Rauf Cabbarov. Bu gün həmin Cabbarov bizim ağır oyunumuza təyinat alır. Tural Qurbanov bizim oyunlara niyə təyinat almır? Çünki bizim oyuna görə cəzalanıb. Amma bizə qarşı səhvlərə görə niyə heç kim cəzalanmır? “Qarabağ”la oyunda bizim lehimizə, rəqibin 2 qırmızı vərəqəsini verməyən hakim bu gün yenə bizim oyunu idarə edir. Bu, komandaya da psixoloji cəhətdən pis təsir edir. Hətta matçdan öncə də öz aramızda bu barədə müzakirə aparırdıq. “Turan Tovuz” və “Araz-Naxçıvan”la oyunlarda vurduğumuz qollar ofsayta görə sayıldı. Amma onda VAR təkrarda xətti çəkərkən niyə ox qalxmamışdı, bu gün isə qalxmışdı. Deyəsən, Eldarın qulağı xətti keçmişdi. Hər dəfə deyirəm daha hakimlər məni heç nə ilə təəccübləndirməyəcək, amma təəccübləndirirlər. Neyləyim, taleyimə belə yazılıb. Məşqçiliyə başladığım ilk gündən heç nə dəyişməyib. Mövsümün əvvəli sakitlikdir. Sonradan 1-ci yer, 2-ci yer, 3-cü yer, yox, “Zirə”yə olmaz. Vaxtı ilə bu olmazlar Qurban Qurbanov üçün var idi. Amma indi “Qarabağ” elə səviyəyə gəlib ki, heç nə edə bilmirlər. Qurban Qurbanova, Rəşad Sadıqova uğur qazanmaq olmaz.
- Çıxış yolunu nədə görürsünüz? Bəlkə ölkə xaricindən hakimlər dəvət edilsin?
- Məsələ o deyil. Niyə hakim səhvləri başqa oyunlarda olmur? Məsələ “Zirə” ilə bağlıdır. “Zirə” nəticə verməməlidir. Hakim səhvləri olmasaydı, 3 il ardıcıl avrokuboklarda çıxış edərdik.
- Siz hər oyundan sonra etiraz etsəniz də, dəyişən nəsə yoxdur. Bəlkə klub rəhbərliyi daha ciddi şəkildə etiraz bildirsin?
- İnanın ki, yenə də davam edəcək. 3 ildir eyni proses gedir. Bilmirik məşqçilik edək, yoxsa 3 ildir yarımdır baş verən hadisələrdə daha təmkinli olaq.
- Bütün bunların sonunu necə görürsünüz?
- Heç nə, bilmirəm necə olacaq. Gözləyək, görək.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər