“Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 20-ci turunda “Zirə”nin 1:0 hesabı ilə etdikləri oyundan sonra mətbuat konfransı keçirib.
QOL.az xəbər verir ki, rusiyalı məşqçi komandasının qələbəsini belə şərh edib:
- Çətin oyun alındı. Meydanın hər qarışı uğrunda gərgin mübarizəyə şahidlik etdik. Bizim “Zirə” ilə oyunlarımız həmişə belə alınır. İlk hissədə zəif təsir bağışladıq. Amma fasilədən sonra daha yaxşı oynadıq. Yekunda qol vurub, vacib qələbə qazandıq. Düşünürəm ki, qələbəyə layiq idik.
- İlk hissədə komandanız özünə bənzəmirdi. Fasilədə nəyi dəyişdiniz?
- Birinci hissədə ötürmələrin çoxu səhv alınırdı. Anatoli Nuriyevin bir epizodu oldu. Topa çox nəzarət edə bilmirdik. Azlıqda qaldıqdan sonra daha çox əks-hücumlara bel bağlayırdıq. Nəticədən asılı olmayaraq futbolçularımdan razı qalacaqdım.
- “Zirə” penalti epizodu ilə bağlı narazılığını bildirir. Bu fikirlə nə dərəcədə razısınız?
- Mən də çox şeydən narazıyan. Bu gün Elvin Camalova verilən qırmızı vərəqə düzgün deyildi. Eləcə də ötən turda futbolçumuza göstərilən qırmızı vərəqə ilə narazıyam. Düşünürəm ki, imkan vermək lazımdır ki, oyunun ritmi pozulmasın. Çox təəssüf ki, hər matçdan sonra məşqçilər hakimlərdən narazı qalırlar.
- İsak Belfodil sanki komandaya fayda vermir. Onu nə vaxt optimal formada görəcəyik?
- O, komanda ilə birgə hazırlıq keçib. Bu gün artıq beşinci oyun idi ki, start heyətində yer alırdı. İnanıram ki, tezliklə özünü yaxşı tərəfdən göstərəcək. Belfodil yüksək səviyyəli futbolçudur. Xüsusi hücumçudur. Bir qədər biz oyunumuzu onun tərzinə, bir qədər də o, komandanın tərzinə uyğunlaşmalıdır.
- Demək olar ki, Nicat Mehbalıyev artıq “Sabah”ın “1 nömrə”sidir?
- Bir qədər də artırmalıdır. Bəli, bugünkü qələbəmizdə pay sahibi oldu. Amma o, hələ cəmi 2 matçda qapısını toxunulmaz saxlayıb. Ona görə də hələ çox tərifləmək lazım deyil.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər