"Qarabağ"ın rəqibi finalda

"Qarabağ"ın rəqibi finalda
DÜNYA FUTBOLU 24 Yanvar 2024 / 09:00 75932
-  A +

Portuqaliya Liqa Kubokunda yarımfinal mərhələsi start götürüb.

QOL.az xəbər verir ki, ilk yarımfinal oyununda “Qarabağ”ın Avropa Liqasının pley-offundakı rəqibi “Braqa” “Sportinq”i qəbul edib. "Braqa" rəqibinə 1:0 hesabı ilə qalib gəlib və finala adlayıb. Yeganə qolu isə 65-ci dəqiqədə Abel Ruiz vurub.

Digər yarımfinal görüşündə bu gün “Benfika” “Eştoril”lə qarşılaşacaq. 

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk görüş fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner