Salah millinin iki matçını buraxacaq

Salah millinin iki matçını buraxacaq
DÜNYA FUTBOLU 20 Yanvar 2024 / 13:42 1742
-  A +

Misir millisinin kapitanı Məhəmməd Salah zədə səbəbindən Afrika Millətlər Kubokunun növbəti iki oyununu buraxacaq. 

QOL. xəbər verir ki bu barədə Misir Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Salah qrup mərhələsində Qana ilə matçda (2:2) zədələnib. O, ilk hissənin sonlarında əvəzlənmək məcburiyyətində qalb. Müayinə zamanı futbolçunun əzələ zədəsi olduğu müəyyənləşib.

Beləliklə, Salah Kabo Verde ilə qrup mərhələsinin son oyununu buraxacaq. Misir 1/8 finala yüksəlsə, Salah bu görüşdə də oynamayacaq.

Daha çox


Son xəbərlər