Ronaldo ona edilən tənqidlərə cavab verdi

Ronaldo ona edilən tənqidlərə cavab verdi
DÜNYA FUTBOLU 20 Yanvar 2024 / 11:39 3373
-  A +

Səudiyyə Ərəbistanı “Əl-Nəsr”inin hücumçusu Kriştiano Ronaldo ona qarşı edilən tənqidlərlə bağlı sualı cavablandırıb.

QOL.az jurnalist Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, portuqaliyalı hücumçu deyib: “İnsanların məndən yenidən şübhələnməsindən  sonra uğur qazanmağı xoşlayıram. Tənqid mənə təsir etmir”.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından  “Əl-Nəsr”də çıxış edir. O, bu mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında 18 oyunda 20 qol vurub, 9 qolun ötürməsini verib.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner