"Tottenhem" Perişiçi icarəyə verdi

"Tottenhem" Perişiçi icarəyə verdi
DÜNYA FUTBOLU 19 Yanvar 2024 / 21:14 2527
-  A +

"Tottenhem" futbolçusu İvan Perişiçi icarəyə verib.

QOL.az klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu bu mövsümün sonuna kimi icarə əsasında "Hayduk"da oynayacaq.  O, Xorvatiya klubunun yetirməsidir.

Qeyd edək ki, Perişiç 2022-ci ildə "İnter"dən "Tottenhem"ə transfer olunub. Futbolçu "Bavariya", "Volfsburq", "Borussiya Dortmund" və "Brügge"də də çıxış edib.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner