"Borussiya" ukraynalı futbolçu ilə müqaviləni uzatdı

"Borussiya" ukraynalı futbolçu ilə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 19 Yanvar 2024 / 19:45 2170
-  A +

Dortmund "Borussiya"sı futbolçusu Danilo Krevsunla yeni müqavilə imzalayıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin yayına kimi uzadılıb.

Hazırda "Borussiya Dortmund U-19"da çıxış edən Krevsunun növbəti mövsümdən üçüncü dərəcəli Bundesliqa komandasında oynamağa başlayacağı da vurğulanır.

Danilo bu mövsüm bütün yarışlarda 18 oyuna çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini verib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner