“Bəlkə də 30 ildir belə güclü İngiltərə millisi olmayıb"

“Bəlkə də 30 ildir belə güclü İngiltərə millisi olmayıb"
DÜNYA FUTBOLU 19 Yanvar 2024 / 19:27 2693
-  A +

"Çelsi"nin və İngiltərə millisinin sabiq müdafiəçisi Con Terri ölkəsinin yığmasının Avro-2024-dəki çıxışı ilə bağlı gözləntilərini bölüşüb.

QOL.az xəbər verir ki, o, "Sky Sports"a açıqlamasında deyib: “Bəlkə də 30 ildir belə güclü komandamız olmayıb. Oyunçuların yaxşı əlaqəsi var və bir-birini dəstəkləyir. Komandada güclü və təcrübəli futbolçuların qarışığı mövcuddur”.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İngiltərə C qrupunda Danimarka, Serbiya və Sloveniya ilə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner