Mourinyonun yeni iş yeri bilindi

Mourinyonun yeni iş yeri bilindi
DÜNYA FUTBOLU 19 Yanvar 2024 / 17:15 9591
-  A +

Bir neçə gün əvvəl "Roma"nın istefaya göndərdiyi Joze Mourinyonun yeni klubu müəyyənləşmək üzrədir.

QOL.az "Aawsat"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubu ilə razılaşıb.

Mənbənin məlumatına görə, Mourinyo müqavilənin şərtlərini razılaşdırmaq üçün tezliklə Ər-Riyada gedəcək.

Qeyd edək ki, “Əl-Şabab” hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında 11-ci yerdədir.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner