Henderson klubunu dəyişdi

Henderson klubunu dəyişdi
DÜNYA FUTBOLU 19 Yanvar 2024 / 00:15 1852
-  A +

İngiltərəli futbolçu Cordan Henderson klubunu dəyişib.

QOL.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı "Əl-İttifaq"ından ayrılaraq Niderland "Ayaks"ına keçib. Bu barədə klubun saytı məlumat yayıb.33 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.

Henderson 2023-cü ilin yayından "Əl-İttifaq"da oynayırdı. O, bu mövsüm bütün yarışlarda 19 matça çıxıb və 5 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər