Terimin komandası derbidə "Olimpiakos"a qalib gəldi

Terimin komandası derbidə "Olimpiakos"a qalib gəldi
DÜNYA FUTBOLU 18 Yanvar 2024 / 02:00 6295
-  A +

Yunanıstan kubokunda 1/8 finalın cavab oyunları keçirilir.

QOL.az xəbər verir ki, türkiyəli mütəxəssis Farih Terim yeni komandası “Panatinaikos” əzəli rəqibi "Olimpiakos"un qonağı olub.

Matçın əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. İlk oyunda 1:1 hesabı qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Burada da hesab açılmadığından penaltilər seriyasına ehtiyac duyulub.

Penaltilərdə "Panatinaikos" rəqibini 7:6 hesabı ilə üstələyərək 1/4 finala yüksəlib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner