De Rossinin təyinatı rəsmiləşdi

De Rossinin təyinatı rəsmiləşdi
DÜNYA FUTBOLU 16 Yanvar 2024 / 17:03 2463
-  A +

"Roma" yeni baş məşqçisini rəsmən açıqlayıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Daniele De Rossi təyin olunub. O, bu gün istefaya göndərilən Joze Mourinyonu əvəzləyib. Mütəxəssislə 2024-cü ilin 30 iyununa qədər müqavilə imzalanıb. 

İtaliya mətbuatı yazıb ki, nəticələr uğurlu olarsa, müqavilə uzadılacaq.

De Rossi futbolçu karyerası ərzində 2002-2019-cu illərdə "Roma"da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 616 matçda iştirak edib, 63 qol vurub, 60 qolun ötürməsini verib. 

Xatırladaq ki, De Rossi karyerası ərzində yalnız SPAL-a (İtaliya) baş məşqçilik edib.

Daha çox


Son xəbərlər