"Fənərbaxça" ulduz futbolçu ilə müqavilə bağladı

"Fənərbaxça" ulduz futbolçu ilə müqavilə bağladı
DÜNYA FUTBOLU 12 Yanvar 2024 / 09:20 2607
-  A +

"Fənərbaxça" yeni transferi Leonardo Bonuççi ilə müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı mərkəz müdafiəçisinin İstanbul klubu ilə sözləşməsi 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Leonardo Bonuççi 2023-cü ilin yayından "Union Berlin"də çıxış edirdi. İtaliya millisinin üzvü Almaniya təmsilçisinin heyətində meydana çıxdığı 10 matçda 1 qol vurub.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner