"Liverpul" futbolçusu Fabio Karvalyonun "Hall Siti"yə icarəsi rəsmiləşib.
QOL.az Mersisayd təmsilçisinin saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında Çempionşip təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Karvalyo peşəkar karyerasına “Fulhem”də başlayıb. O, 2022-ci ilin yayında 5,9 milyon avroya "Liverpul"a keçib. Fabio komandanın heyətində 21 oyuna çıxıb və 1 qol vurub. Portuqaliyalı futbolçu 2023-cü ilin yayından dekabr ayınadək icarə əsasında "Leyptsiq"də oynayıb. Karvalyo bu müddət ərzində 15 görüşdə iştirak edib.
Xatırladaq ki, TV8 kanalının rəhbəri, türkiyəli məşhur aparıcı Acun Ilıcalı 2022-ci ilin yanvarında "Hall Siti"ni alıb. Komanda hazırda Çempionşipdə mübarizə aparır və 26 oyundan sonra turnir cədvəlində 39 xalla 7-cidir.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video