Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" (Portuqaliya) qış transfer pəncərəsi zamanı mərkəz hücumçusu almağı nəzərdə tutmur.
QOL.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Artur Jorje bildirib. "Benfika"ya qarşı bu gün Portuqaliya kubokunun 1/8 final mərhələsində keçiriləcək oyun ərəfəsində danışan 52 yaşlı mütəxəssis bildirib ki, ön xətdə futbolçu axtarışında deyillər.
"Zamanla belə bir imkan yaranarsa, biz bundan istifadə edəcəyik. Biz bir futbolçunu 20 milyona, sonra başqasını 18 milyona alan klubla ("Benfika" nəzərdə tutulur - red.) rəqabət aparacağıq. Yeni futbolçu axtarmırıq. Biz artıq oyunçularımızı müəyyənləşdirmişik və buna diqqət edirik. İndiki halda söyləyəcəyim başqa nəsə yoxdur" - deyə A.Jorje bildirib.
Qeyd edək ki, "Benfika" - "Braqa" oyunu bu gün yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə bu gecə saat 00:45) başlanacaq.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video