"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
QOL.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun İngiltərə kubokunun 1/32 finalında "Arsenal"la oyunda (0:2) zədələnməsidir.
Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp futbolçunun durumu ilə bağlı deyib: “Son oyun zamanı Trent dizindən zədə aldı. Onun diz bağında kiçik yırtıq var və bunun sağalması üçün vaxt lazımdır. Bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bir az dincələcək və ümid edirəm ki, əvvəlki səviyyəsinə qayıda biləcək. Onun üçün çox darıxacağıq”.
Qeyd edək ki, Aleksander-Arnold bu mövsüm bütün yarışlarda 25 matçda iştirak edib, 2 qol vurub və 9 qolun ötürməsini verib.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video