"Barselona"nın müdafiəçisi Ronald Arauxo klubu tərk edə bilər.
QOL.az sport.es-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi futbolçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağa çalışıb. Ancaq Arauxo və onun nümayəndələri mövsümün sonuna kimi klubla hər hansı danışıqlara başlamaqdan imtina ediblər.
Qeyd olunur ki, "Bavariya" Ronalda yaxşılaşdırılmış şərtlərlə müqavilə təklif edib.
Xatırladaq ki, Arauxo 2018-ci ildən “Barselona”da oynayır. Bu mövsüm o, 17 matçda 1 qol vurub. Uruqvaylı futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video