“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 19-cu turunun “Las Palmas”la matçında (2:1) baş hakimi təhqir edib.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, görüşün 23-cü dəqiqəsində baş hakimin "Las Palmas"ın futbolçusunun “Barselona”lı Serji Robertoya qarşı sərt oyununu kobudluq kimi qiymətləndirməməsi Xavini özündən çıxarıb.
Hakim ona sərt şəkildə etiraz edən baş məşqçiyə sarı vərəqə göstərib. Daha da qəzəblənən Xavi hakimi kobud şəkildə təhqir edib. Onun referinin anasını söydüyü də bildirilir. Hakim bunu eşitmədiyi üçün Xavi oyun zamanı cəzadan yayına bilib. Ancaq bu, araşdırılsa, Xavi bir neçə oyunluq cəzalandırıla bilər.
Qeyd edək ki, "Barselona" 19 turdan sonra turnir cədvəlində 41 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider "Real"dan 7 xal geri qalır.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi