PSJ-nin mərkəz müdafiəçisi Milan Şkrinyar bu mövsümün sonuna qədər meydana çıxmaya bilər.
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, Fransa Superkubokunda “Tuluza”ya qarşı matçda (2:0) topuq biləyindən ciddi zədə alıb. Slovakiyalı futbolçu ən azı bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq. Paris təmsilçisinin tibbi heyəti cərrahiyyə əməliyyatının zəruriliyi ilə bağlı qərar verərsə, Şkrinyar bu mövsümün sonuna kimi oynamaya bilər.
Şkrinyar ötən yay azad agent kimi "İnter"dən PSJ-yə keçib. Bu mövsüm müdafiəçi klubla bütün turnirlərdə 23 oyuna çıxıb və 1 qol vurub. Onun klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video