Bu gün "Panatinaikos" Fatih Terimin baş məşqçiliyi altında ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda Yunanıstan Superliqasının 16-cı turunda autsayder "Yannina"nı qəbul edib. Görüş "Panatinaikos"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Terim "Panatinaikos"da debüt oyununa çıxıb.
Qeyd edək ki, "Panatinaikos" hazırda turnir cədvəlində lider PAOK-dan 1 xal geri qalaraq 37 xalla 2-ci yeri tutur. "Yannina" isə 9 xalla sonuncu - 14-cüdür.
Xatırladaq ki, F.Terim 1 həftə əvvəl "Panatinaikos"a baş məşqçi təyin olunub.
23:00. "Panatinaikos" - "Yannina" - 2:0
Qollar: Yoannidis, 25, Vilyena, 48
Baş hakim: Panaqiotis Rafail Tsiaras
"Apostolos Nikoloidis Stadium".
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi