"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubunu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QOL.az NOS-a istinadən xəbər verir ki, o, bu iddiaları təkzib edib: “Mən həmişə olmaq istədiyim klubdayam. “Barselona”da oynamaq arzusunda idim. Amma arzuladığım kubokları hələ qazanmamışam. Mən hələ istədiyim kimi oyunçu olmamışam.
Ciddi titullar qazanmaq istəyirəm, bunu hələ etməmişəm. Mən meydanda mühüm rol oynamaq və təkmilləşməyə davam etmək istəyirəm".
Niderlandlı futbolçu "Barselona"nın La Liqada kifayət qədər yaxşı çıxış etmədiyini vurğulayıb: "Amma qarşıda hələ çox oyun var. Bizim istedadlı komandamız var, lakin stabillik yoxdur”.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi