"Mançester Yunayted" müdafiəçi Rafael Varanla müqaviləni daha bir mövsüm uzatmaq seçimini aktivləşdirməmək qərarına gəlib.
QOL.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilib ki, 30 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Klub müqavilənin uzadılması variantını rədd edib. Çünki klub Varana azaldılmış maaşla yeni müqavilə təklif etmək istəyir. Fransalı oyunçu hazırda "Yunayted"də həftədə 340 min funt sterlinq qazanır.
Varan 2021-ci ilin yayında 40 milyon avroya "Real"dan "Mançester Yunayted"ə keçib. O, "qırmızı şeytanlar"ın heyətində 79 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi