"Mançester Yunayted"in futbolçusu Donni van de Bek "Ayntraxt"a keçib.
QOL.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Niderlandlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb. Müqavilədə satınalma şərti də var. Bunun üçün Bundesliqa klubu qarşı tərəfə 11 milyon avro ödəməlidir.
Van de Bek 2020-ci ilin yayında 39 milyon avroya "Ayaks"dan "Mançester Yunayted"ə keçib. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda "qırmızı şeytanlar"ın heyətində cəmi 23 dəqiqə oynayıb. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 9 milyon avrodur.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi