"Kəpəz"in rəqibi dəyişdi

"Kəpəz"in rəqibi dəyişdi
ÖLKƏ FUTBOLU 1 Yanvar 2024 / 12:18 1546
-  A +

"Kəpəz"ın çempionatın ikinci hissəsinə hazırlıq çərçivəsində "Araz-Naxçıvan"la keçirəcəyi yoxlama oyunu ləğv edilib.

QOL.az xəbər verir ki bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, klublar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından oyun baş tutmayacaq. 

"Kəpəz" 1-ci liqa təmsilçisi "İmişli" ilə anlaşıb. Bu rəqiblə oyun yanvarın 15-də Gəncədə keçiriləcək.

Qeyd edək ki, "Kəpəz"in digər rəqibi "Qəbələ"dir. Bu görüş yanvarın 10-na təyin edilib.

Daha çox


Son xəbərlər
topaz banner